Gəncədə 2 dekabr tarixində şəhid ailələri və qazilərlə görüş keçirilib. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.
Tədbirdə Niyazi Bayramov, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları və bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Şəhid ailələri və qazilərin müraciətləri dinlənilib. Şikayətlər arasında üstünlüyü maddi yardım, müalicə üçün köməkliyin göstərilməsi, fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin ayrılması, həmçinin işlə təminat məsələləri təşkil edib. Bunlardan bir çoxu dərhal həll olunub, digərlərinin isə yerinə yetirilməsi üçün tapşırıqlar verilib.
