Gəncədə 23 sentyabr tarixində şəhər İcra Hakimiyyəti erməni terroru zamanı zərərçəkmiş ailələrlə görüş keçirib.
Görüşdə qeyd olunub ki, artıq 9 aya yaxındır ki, şəhərdə raket atəşi nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır.
Fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri aparılan vətəndaşlar Komitənin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri tərəfindən onlayn qaydada tək-tək dinləniliblər. Onları maraqlandıran suallar cavablandırılıb və üzə çıxan problemlərin həlli üçün tapşırıqlar verilib.