Gəncədə icra hakimi 1 noyabr tarixində xəstəxanada müalicə alan Vətən müharibəsi iştirakçısı Ələkbərov Elşən İbrahim oğlunu ziyarət edib. Bu haqda Gencexeber.az APA-ya istinadən məlumat verir.
Elşən Ələkbərov 7 oktyabr tarixində Gəncə Beynəlxalq xəstəxanasına yerləşdirilib. Hazırda onun açıq ürək əməliyyatının keçirilməsinə ehtiyacı var.
Niyazi Bayramov xəstənin yaxınları ilə danışıb, əməliyyat, müalicə və müayinə üçün köməklik göstərəcəyini bildirib.