Gəncədə “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər baş tutub. Bu haqda 21 aprel tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Polis əməkdaşları arasında minifutbol yarışı baş tutub, ağacəkmə aksiyası keçirilib. İlk olaraq yığıncaq təşkil edilib. Tədbirdə tarixçilər çıxış ediblər. Sonda ulu öndərin həyat və yaradılıcığını əks etdirən videoçarx izlənilib.
Silsilə tədbirlər çərçivəsində baş idarənin tabeli qurumlarının əməkdaşlarından ibarət komandaların iştirakı ilə minifutbol üzrə birincilik keçirilib. Gərgin mübarizə şəraitində baş tutan yarışın finalında Post Patrul xidməti ilə Xüsusi Təyinatlı bölüyün komandası üz-üzə gəlib. Həlledici oyunda birincilər qələbə qazanıblar. Yekunda fəxri yer tutan kollektivlər mükafatlandırılıblar.
Son olaraq Heydər Əliyevin yubileyi münasibətilə Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyi ağacəkmə kampaniyasında iştirak edib. Aksiya çərçivəsində Heydər Əliyev adına parkda iqlim şəraitinə uyğun 200-ə yaxın həmişəyaşıl ting əkilərək suvarılıb.