Gəncədə “Özünə güvən (Motivasiya)” mövzusunda vebinar keçirilib. Bu haqda Gəncə Gənclər Evi Könüllülər Təşkilatının rəsmi İnstagram səhifəsində məlumat dərc edilib.
“Virtual güc” təşkilatının rəhbəri baş tutan təlimə başçılıq edib. Görüşdə təlimçi Kifayət Ələkbərova motivasiya, özgüvən, uğur qazanmaq və digər mövzulara toxunub. Gənclərin suallarını dinləyib və cavablandırıb. Gənclər arasında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimə 35 nəfərdən artıq gənc qatılmışdır.