22.5 C
Gence
22.5 C
Gence

Gəncə gəncləri üçün ödənişsiz təlimlərə qeydiyyat başlayıb

PROGRO Peşəkar İnkişaf və İnnovasiyalar Platforması Gəncəli gəncləri öz komandasına dəvət edir.

Onlar burada fiziki təlimlər, məşğələlər, praktik tapşırıqlar, aktiv iş axtarışı, tədbirlərin təşkili, müxtəlif mövzularda təqdimatlar, şirkət nümayəndələri ilə görüşlər kimi bir çox fəaliyyətlərdə iştirak edəcək və iş mühitinə bir peşəkar kimi hazırlaşacaqlar.

Namizədlərdən 30 yaşı tamam olmamış, orta və ya ali ixtisas təhsilli, fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli olanlar dəyərləndiriləcək.

Qatılmaq istəyənlər qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilər. Son müraciət tarixi 18 noyabrdır.

Qeyd edək ki, iştirak tam ödənişsizdir.

Ən Çox Oxunan