Gənclərin İnkişaf və Karyera mərkəzi (GİKM) Gəncə şöbəsi üzrə bu həftəlik fəaliyyət planını açıqlayıb. Bu haqda Gəncə Gəncləri paylaşım edib.
18 oktyabr tarixində saat 10:00-dan 18:00-dək “Layihələrin idarə olunması” adlı konsultasiya xidməti keçiriləcək.
19 oktyabr tarixində saat 15:00-da Azərbaycan Dövlət Aqrar universitetinin tələbələri üçün “Gəlsən” layihəsi baş tutacaq. Tələbələrə GİKM-in fəaliyyətləri ilə bağlı təqdimat keçiriləcək.
20 oktyabr tarixində saat 11:00-da “Döyüşçü xatirəsi” adlı Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil olunacaq.
21 və 22 oktyabr tarixlərində saat 10:00-da “Uğurlu karyera yolunda” adlı təlim keçiriləcək. Vebinar Gəncə Dövlət Universitetinin tələbələri üçün “CV” hazırlanması və iş müsahibəsi mövzularında baş tutacaq.