22 oktyabr tarixində “Beynəlxalq Könüllülər Günü” münasibəti ilə tədbir keçiriləcək. Bu haqda Gəncə Gəncləri məlumat paylaşıb.
“Birlik” adlı İntellekt Liqası 22 oktyabr – 3 dekabr tarixlərində 7 həftə davam edəcək. Turnir respublika üzrə 46 GİKM nümayəndəliyində sinxron şəkildə keçiriləcək. Oyunlar “Nə? Harada? Necə?” formatında olacaq.
Gəncədən iştirak etmək istəyən şəxslər 5 nəfərdən ibarət komanda yığaraq qeydiyyatdan keçməlidirlər. Liqaya yalnız 14-29 yaş arası gənclər qatıla bilər. Qeydiyyat üçün son tarix 20 oktyabr saat 23:59-dur.
Qeyd edək ki, yarışın məqsədi gənclərin komanda şəklində işləmək bacarıqlarının inkişaf etdirmək və intellektli gənclər ordusunun formalaşmasına dəstək olmaqdır.