22.5 C
Gence
22.5 C
Gence

Gəncə: gənclər üçün layihələrin yazılması üzrə konsultasiyalar

Gəncədə ödənişsiz konsultasiya keçirilir. Bu haqda Gəncə Gənclər Evi məlumat paylaşıb.

Layihə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Gəncə nümayəndəliyində həyata keçirilir. Burada gənclər layihələrin yazılması, idarə olunması və Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsinə müraciət qaydaları ilə bağlı konsultasiyalardan yararlana bilərlər. Xidmətdən istifadə ödənişsizdir.

Qeyd edək ki, GİKM-nin Gəncə nümayəndəliyi Nizami Gəncəvi prospekti, 535 ünvanında yerləşir.

Ən Çox Oxunan