24.8 C
Gence
24.8 C
Gence

Gəncə Gənclər Evi daha bir təlim təşkil edir

Gəncədə gənclər üçün daha bir ödənişsiz təlim olacaq. Bu haqda 30 yanvar tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.

Təlim “Say sistemləri haqqında ümumi məlumat” mövzusunda keçiriləcək. Seminar 1 və 3 Fevral tarixlərində saat 14:00-da təşkil olunacaq. Təlim Kompüter kursunun rəhbəri İlahə Mehdiyevanın təqdimatında baş tutacaq.

Qatılmaq istəyən şəxslər (055) 307 22 15 nömrəsi ilə əlaqə saxlaya bilər. İştirak ödənişsizdir.

Qeyd edək ki, Gənclər Evi 28 May küçəsi, 34 ünvanında yerləşir.

Ən Çox Oxunan