26.4 C
Gence
26.4 C
Gence

Gəncə Futbol Veteranlar birliyininin yeni sədri seçilib

Gəncə Futbol Veteranlar Birliyinin iclasında sədr seçilib.

Müzəffər Qasımovun vəfatından sonra boş qalan postu Tofiq Məmmədov tutub. O, səs vermə zamanı yekdilliliklə Gəncə Futbol Veteranları Birliyinin sədrliyinə layiq görülüb.

Tədbirdə Məmmədovun müavinləri də müəyyənləşib. Ona, “Kəpəz”-in sabiq futbolçusu Əli Rəhimovla Firuz Qulami kömək edəcək.

“Mənə etimad göstərilməsinə görə, tədbir iştirakçılarına minnətdaram. Mənim üzərimə düşən vəzifələri bütün canımla, bacarığımla və məsuliyyətimlə yerinə yetirəcəm” – deyə, Tofiq Məmmədov söyləyib.

Daha öncə, 24 iyul tarixində sabiq birlik sədri Müzəffər Qasımovun vəfat etməsi haqda xəbər vermişdik.

Ən Çox Oxunan