16.9 C
Gence
17.5 C
Ganja

Gəncə: fövqəladə hadisələr zamanı düzgün davranış mövzusunda tədbir keçirilib

Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən “Obyektlərdə mühafizə işinin təşkili zamanı yanğın təhlükəsizliyinin təmin olunması və yanğın zamanı ilkin hərəkətlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Bu haqda 11 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat paylaşılıb.

Tədbirdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi Gəncə Regional Mühafizə İdarəsinin rəhbərliyi, polis əməkdaşları və manqa komandirləri iştirak edib.

Maarifləndirmə tədbirində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.

Sonra təxliyə planından düzgün istifadə olunmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın vacibliyi diqqətə çatdırılıb və suallar cavablandırılıb.

Ən Çox Oxunan