Əsərləri Azərbaycan Milli Xalça Muzeyində sərgilənən xalçaçı rəssam Elyar Quliyev hakim olduğu sənətin sirrlərini öyrədəcək. Bu haqda Gencexeber.az 28 avqust tarixində xəbər verir.
Tədris Gəncə mədəniyyət mərkəzində yerləşdiyi emalatxanada aparılacaq. Dərslər 15 sentyabrdan başlayacaq.
Elyar Quliyev dünya şöhrətli rəssam Tahir Salahovun 50-yə yaxın əsərini xalçanın üzərinə köçürmüşdür.
Sənətkarın bu əsərləri Bakıda yerləşən “Xalça” muzeyində sərgilənir:
- “Xəzər bugün”
- “Eyfel qülləsi”
- “Bəşəriyyat”
- “Salvador Dali dünyası”
- Fikrət Əmirovun “1001 gecə” baletinə hazırlanmış pərdələr
Sənətkar xalçanın üzərində portret və müxtəlif şəkillər toxuyur. O, sifarişləri mədəniyyət mərkəzindəki emalatxanada hazırlayır. Tədrisə qoşulmaq və ya xalça sifariş etmək istəyənlər (055) 656 52 72 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, Elyar Quliyev Suliddin oğlu 1961-ci ildə Gəncədə anadan olub. Xalçaçı rəssam artıq 30 ildir ki, sənətini davam etdirir.



