21.4 C
Gence
21.4 C
Gence

Gəncə Dövlət universiteti: MİQ imtahanında ən yüksək nəticələr

Gəncə Dövlət universitetinin tələbələri müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticələr əldə edib. Məlumat universitetin Facebook səhifəsində paylaşılıb.

Universitetin pedaqoji fakültəsinin ibtidai sinif müəllimliyi ixtisası üzrə məzunları Lamiyə Cəfərova, Leyla Muxtarova, Günel Həsənova və Leyla Bağırova MİQ imtahanlarında yüksək bal toplayıblar:

  • Lamiyə Cəfərova 59 bal,
  • Leyla Muxtarova 58 bal,
  • Günel Həsənova 56 bal,
  • Leyla Bağırova 54 bal.

Bundan başqa təsviri incəsənət fənni üzrə məzun Emma Həsənova 57 bal, alman dili fənni üzrə Səma Əlizadə isə ən yüksək, 55 bal toplayıblar.

Onlar topladıqları bala ən uyğun vakant yeri seçərək şagirdlərinin ən sevilən müəllimlərindən olmaq, öz şagirlərinə elmin mükəmməlliklərini öyrətmək arzusundadırlar.

Ən Çox Oxunan