19 C
Gence
19 C
Gence

Gəncə Dövlət Peşə Təhsil Mərkəzi: “Açıq qapı” günləri

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günləri keçiriləcək. Bu haqda Facebook sosial şəbəkəsində paylaşım olunub.

Təhsil mərkəzi qonaqların üzünə avqustun 12-dən 16-dək saat 10:00-dan 12:00-dək açıq olacaq. Tədbir Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunacaq.

“Açıq qapı günləri gənclərin hansısa peşə sahibi olmaları üçün təşkil olunur. Burada sizlər övladlarınızın gələcəkdə hansısa peşəyə yiyələnməsi üçün məlumatlar əldə edəcək və onları həmin ixtisası bitirdikdən sonra işlə təmin olunmaları haqqında məlumat alacaqsınız” – deyə paylaşımda qeyd olunub.

Ünvan: Gəncə şəhəri, 3-cü mikrorayon (Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının yanı)

 

Ən Çox Oxunan