22.5 C
Gence
22.5 C
Gence

Gəncə DMT-nin əməkdaşları Göygölə işgüzar səfər ediblər

Gəncədən Göygölə səfər təşkil olunub. Bu haqda 12 aprel tarixində Destinasiya Menecmenti Təşkilatına istinadən məlumat veririk.

Gəncə Destinasiya Menecmenti Təşkilatının əməkdaşları Göygöl Peşə Məktəbinə işgüzar səfər ediblər. Görüş zamanı Peşə təhsil məktəbinin fəaliyyət planı, tədris edilən turizm ixtisası üzrə yeniliklər və müəssisələr arası ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Daha sonra turizm işinin və iaşə xidmətinin təşkili ixtisaslarında təhsil alan tələbələrlə müzakirələr aparılıb. Qonaqlar turizm sahəsində öz təcrübələrini bölüşərək tələbələrə təklif və tövsiyələrini veriblər.

Ən Çox Oxunan