13 C
Gence
13 C
Gence

Gəncə: dayanacaqlarda şəhidlərimizin şəkilləri yerləşdirilib

Gəncədə yerləşən avtobus dayanacaqlarına şəhidlərin şəkilləri yerləşdirilir. Bu haqda Gencexeber.az-ın müxbiri məlumat verib.

Dayanacaqlara İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Gəncə sakinlərinin rəsmi əks olunur.

Müxbirimizin aldığı məlumata görə, şəhər sakinləri şəhidlərimizin daim göz önündə olmağını vacib bilir və xoş qarşılayırlar.

Qeyd edək ki, bu təşəbbüs 2021-ci ilin yanvar ayından başlanılıb.

İkinci Qarabağ müharibəsi dövründə Gəncə 96 nəfər şəhid verib.

Ən Çox Oxunan