22.5 C
Gence
22.5 C
Gence

Gəncədə zorakılıq qurbanları üçün reablitasiya mərkəzi fəaliyyət göstərir

Gəncədə fəaliyyət göstərən “Təmas” regional inkişaf ictimai birliyi zorakılıq qurbanlarına dəstək olur. Bu haqda Gencexeber.az-a dekabrın 25-i məlumat daxil olub.

Birlik zorakılıq qurbanlarına xidmət göstərilməsi üçün Kübra Ələkbərova və Südabə Məmmədova tərəfindən təsis edilib. Təşkilat qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiə Nazirliyinin akkreditasiya attestatı ilə təmin olunub.

Birlik tərəfindən 2009-2019-ci illər ərzində Qərb bölgəsində bir çox layihələr həyata keçirilmişdir. Layihələrin əsas mövzusu aşağıda göstərilənlərdir:

  • İnsan alveri;
  • Gender əsaslı zorakılıqla mübarizə;
  • Erkən nikahların qarşısının alınması;
  • Məişət zorakılığından əziyyət;
  • Həssas vəziyyətdə olan qadın və uşaqlara hüquqi-psixoloji yardımların göstərilməsi; reproduktiv sağlamlığın qorunması.

2013-cü ilin may ayından etibarən zorakılıq qurbanları üçün reablitasiya mərkəzi və sığınacaq fəaliyyət göstərir. Təşkilat hər il iki minə yaxın insana köməklik göstərir.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan