25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə “Zine” kiçik jurnal nəşri üzrə ödənişsiz təlim

“Art Garden Ganja”də “Zine” kiçik jurnal nəşri üzrə ödənişsiz master-klas keçiriləcək.

Təlim 27 noyabr 15:00-da rəssam Elnur Məmmədov və gənc yazar Sünbül Məmmədova tərəfindən tədris olunacaq.

Paylaşımda qeyd olunubki, “Zine” tam bildiyimiz jurnal deyil, daha çox orijinal və ya mənimsənilmiş mətnlərin və şəkillərin kiçik tirajlı nəşridir.

Qeyd edək ki, Masterklas Gəl Danışın xeyriyyə təşəbbüslərini dəstəkləmək məqsədi ilə təşkil olunur.

“Art Garden Ganja” Molla Pənah Vaqif 160 ünvanında yerləşir. Əlaqə üçün (051) 306 72 81 mobil nömrəsi qeyd olunub.