Gəncənin İmran Bəkiloğlu küçəsində (voenkomatın yanı) zibillik və çirkab sular səbəbindən sakinlər narazılıq edir.
Sakinlərin sözlərinə görə, zibillikdən yayılan xoşagəlməz qoxu uzaqdan hiss olunur. Orada çirkab suların axması, ağcaqanadlar və digər böcəklərin çoxalmasına səbəb olub.
Qeyd edək ki, sakinlərdən biri yolların yararsız halda olmasından və qaz sisteminin mövcud olmamasından şikayət edib.
Daha öncə, 28 avqust tarixində Gəncənin bir neçə hissəsində təmizlik işlərinin aparılmaması haqqında xəbər vermişdik.