14.7 C
Gence
14.7 C
Gence

Gəncədə özünə qəsd etmək istəyən şəxs fikrindən daşındırılıb

Gəncədə intihar etmək istəyən şəxs xilas edilib. Bu haqda məlumatı iyunun 18-i Fövqəladə Hallar Nazirliyinə istinadən veririk.

Qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub. Xəbər verilib ki, 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyib.

FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Ən Çox Oxunan