26.4 C
Gence
26.4 C
Gence

Gəncədə Zəlimxan Yaqubun anım günü ilə bağlı tədbir keçirilib

Gəncədə onlayn şeir saatı keçirilib. Bu haqda 25 yanvar tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

7 nömrəli kitabxana filialının təşkil etdiyi tədbir Zoom onlayn platforması üzərindən baş tutub. Şeir saatı Xalq şairi Zəlimxan Yaqubun anım gününə həsr olunub. Böyük kitabxanaçı Könül Mirxudayeva şairin həyat və yaradıcılığından bəhs edib. Daha sonra iştirakçılar “Ana ürəyi”, “Dünya”, “Gözəldir” və s. şeirlərini səsləndiriblər. GDU-nun tələbəsi Esmira Alıyeva bildirib ki, şairə olan ümumxalq məhəbbətinin sirri onun vətənpərvərliyindən, Ana dilimizə olan böyük sevgisindən irəli gəlir.

Ən Çox Oxunan