24.1 C
Gence
24.1 C
Gence

Gəncədə “Zəfərdən sonra” adlı şəhid ailələrinə dəstək layihəsi keçiriləcək

Gəncədə şəhid ailələrinə dəstək məqsədi ilə tədbir keçiriləcək. Bu haqda Gencexeber.az-a 16 dekabr tarixində məlumat daxil olub.

Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Zəfərdən sonra” adlı layihə hazırlanıb. Tədbir “Ramada Plaza”da dekabrın 17-si saat 16:00-da baş tutacaq. Görüşdə şəhid yoldaşları və övladları ilə yanaşı Qeyri Hökümət Təşkilatlarının üzvləri də iştirak edəcəklər. Məqsəd Vətən müharibəsi dönəmində yaxınlarını itirmiş şəxslərə dəstək olmaqdır.

Layihə çərçivəsində şəhid ailələlərinə psixoloji və hüquqi dəstəklə yanaşı məşğulluq proqlamlarına yönəldilməsi işləri görüləcək. Onların övladlarının keyfiyyətli təhsil almaları üçün isə yardım göstəriləcək.

Ən Çox Oxunan