24.8 C
Gence
24.8 C
Gence

Gəncədə “Zəfər Sevinci” adlı tədbir keçirilib

Gəncədə 32 nömrəli tam orta məktəbdə Zəfər günü münasibəti ilə ədəbi bədii kompozisiya keçirilib. Bu haqda 4 noyabr tarixində məktəbin Facebook səhifəsində məlumat paylaşılıb.

“Zəfər Sevinci” adlı tədbir ibtidai sinif müəllimi Rəna Nağıyeva tərəfindən təşkil olunub. Mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Elnur Həsənov, Gəncə şəhər Təhsil İdarəsinin məsləhətçiləri, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin Gəncə şəhər şöbəsinin nümayəndəsi Kənan Əliyev, qazilər, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Şagirdlər müxtəlif kompozisiyalar nümayiş etdiriblər, şeir və mahnılar səsləndiriblər.

Gəncə şəhər 32 nömrəli tam orta məktəbin rəsmi Facebook səhifəsindən foto
Gəncə şəhər 32 nömrəli tam orta məktəbin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan