15.3 C
Gence
12.5 C
Ganja

Gəncədə “Zəfər günün mübarək, Azərbaycan!” mövzusunda tədbir keçirilib

Gəncədə 4 noyabr tarixində şəhid anaları ilə görüş keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“Zəfər günün mübarək, Azərbaycan!” mövzusunda keçirilən tədbir Vətən müharibəsinin başa çatmasının birinci ildönümü münasibəti ilə təşkil olunub.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid Eltay Quliyevin həyat yoldaşı Şəfa Quliyeva, Rəşid Ələkbərovun, Kərim Məmmədovun, Kamil Məmmədovun, Eltac Quluyevin və Elmar Məmmədovun anaları çıxış ediblər.

15 nömrəli orta məktəbin müəllimi Kəmalə Mehdiyevanın şagirdləri şəhidlərə həsr olunmuş  şeirlər səsləndiriblər.

Tədbir iştirakçıları şəhidlərin ailə üzvləri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan