21.4 C
Gence
21.4 C
Gence

Gəncədə “Zəfər Günü”-nə həsr olunmuş qanvermə aksiyası təşkil olunacaq

Gəncədə qanvermə aksiyası keçiriləcək. Bu haqda ASAN Könüllülərinin rəsmi Instagram səhifəsində məlumat paylaşılıb.

Tədbir 4 noyabr tarixində ASAN xidmət mərkəzində keçiriləcək. Aksiya “Zəfər Günü”-nə həsr olunub.

Aksiya 6 saylı Bakı ASAN xidmət mərkəzi könüllüərinin təşəbbüsü və Mərkəzi Qan Bankının dəstəyi ilə təşkil olunacaq.

Qeyd edək ki, oxşar aksiyalar respublikanın səkkiz şəhər və rayonunda baş tutacaq.

 

Ən Çox Oxunan