Gəncədə baş tutacaq müsabiqə üçün əsər qəbulu başlayıb. Bu haqda Gəncə Maarif Evi İctimai Birliyi 27 oktyabr tarixində məlumat paylaşıb.
Qələbə günü münasibəti ilə 9 noyabr tarixində Gəncədə “ZƏFƏR YOLU Balaca rəssamların gözü ilə” adlı rəsm müsabiqəsi baş tutacaq. Konkursa 15 yaşınadək uşaqlar qatıla bilər. Hər iştirakçının yalnız 1 əl işini təqdim etmə hüququ var. Rəsimlər A3 formatında çərçivədə təqdim olunmalıdır. Münsiflər heyəti 3 qalib seçəcək. Sonda iştirak edən hər kəsə sertifikatlar təqdim olunacaq.
İstəyən hər kəs Gəncə Maarif evinin ünvanına çatdıra yaxud (050) 603 29 03 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Son müraciət tarixi 6 noyabrdır.
Əsərlərin köçürmə olmaması vacibdir.
Qeyd edək ki, Gəncə Maarif Evi Mərkəzi kitabxananın yaxınlığında (keçmiş “Oksi Baby”-nin 3 – cü mərtəbəsi, giriş arxadandır) yerləşir.