14.3 C
Gence
14.3 C
Gence

Gəncədə Zəfər gününə həsr olunmuş film nümayişi olacaq

Gəncədə Zəfər gününə həsr olunmuş film nümayişi olacaq. Bu haqda 27 oktyabr tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.

Tədbir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Gənclər evinin birgə təşkilatçılığı ilə keçiriləcək. “Xüsusi təyinatlı İbad” filminin təqdimat mərasimi 2 noyabr 15:00-da baş tutacaq.

Giriş ödənişsizdir və istəyən hər kəs iştirak edə bilər.

Qeyd edək ki, Gəncə Gənclər Evi 28 may, 34 ünvanında yerləşir.

 

Ən Çox Oxunan