Gəncədə 4 noyabr tarixində Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.
Bülbül adına 3 nömrəli Uşaq Musiqi məktəbində konsert təşkil olunub. Tədbir nəfəsli alətlər orkestrinin ifası ilə başlayıb. Daha sonra məktəbin müəllimləri müxtəlif mahnılar ifa ediblər.
Proqram “Yaşa Azərbaycan” mahnısı ilə başa çatıb.
Konsertdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və rəis müavini Asəf Məmmədov iştirak ediblər. Cənnətov konsert üçün təşkilatçılara və bütün iştirakçılara minnətdarlığını bildirib.