16.9 C
Gence
17.5 C
Ganja

Gəncədə Zəfər günü münasibəti ilə daha bir yarış keçirilib

Gəncədə stolüstü tennis üzrə yarış keçirilib. Bu haqda Gencexeber.az 4 noyabr tarixində “Kəpəz” televiziyasına istinadən məlumat verir.

İlk öncə Vətən müharibəsi haqda danışılıb. Zəfər günü münasibəti ilə keçirilən yarışda ali və orta ixtisas məktəblərinin gənclər təşkilatlarının üzvləri və könüllülər iştirak ediblər. Burada həm qız, həm də oğlanlardan ibarət 8 komanda qarşılaşıb.

Turnirin sonunda qaliblərə kubok, digərlərinə isə diplomlar verilib.

 

Ən Çox Oxunan