Gəncədə Zəfər günü münasibəti ilə intellektual oyun keçirilib. Bu haqda 4 noyabr tarixində Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.
“Zəfər Yolu” Xəmsə Milli İntellektual oyunu şəhər 18 nömrəli tam orta məktəbdə baş tutub. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra ədəbi-bədii kompozisiya və rəsm sərgisi keçirilib, Zəfər Yolunu əks etdirən videoçarx izlənilib.
Sonda oyuna start verilib. Yarış 2 saat davam edib. “Xarıbülbül” komandası birinci yerə çıxıb. Qaliblərə diplomlar təqdim olunub.