Gəncədə dağılmış evlərin bərpası ilə bağlı elan edilən tenderin qalibi bəlli olub. Bu haqda məlumatı iyunun 4-ü Fed.az-a istindən veririk.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma tender elan etmişdir. Müsabiqə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı keçirilib.
3 milyon manatlıq tenderin qalibi “Conco” QSC olub.
Qeyd edək ki, “Conco” QSC bundan əvvəl MİDA MMC-nin Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində çoxmənzilli binalarının tikintisi üzrə 6 645 194 manatlıq tenderini qazanmışdır.