Gəncədə ödənişsiz meditasiya dərsləri keçiriləcək. Bu haqda 14 yanvar tarixində Gəncəxəbər.az Artgardenganja-ya istinadən xəbər verir.
Tədbirdə iştirakçılar meditasiya və yoqanın sirlərini öyrənə biləcəklər. Dərslər 20, 21 yanvar tarixlərində “Art Garden Ganja”da baş tutacaq. Təlim mütəxəssis Orxan İskəndərlinin iştirakı ilə təşkil olunacaq.
Təlim proqramı:
- Meditasiyaya giriş, metodun izahı, yoqa haqqında ümumi məlumat;
- Mantra ifası;
- Səssiz meditasiya;
- Sualların cavabı, ünsiyyət.
İştirakı ödənişsiz olan təlimdə qeydiyyat üçün 055 936 30 17 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.