19.1 C
Gence
19.1 C
Gence

Gəncədə yoqa təlimi təşkil olunacaq

Gəncədə yoqa sessiyası təşkil olunacaq. Bu haqda Art Garden Ganja məlumat paylaşıb.

Təlim 15 yanvar tarixində saat 16:00-da keçiriləcək. Ödənişsiz yoqa dərslərinə Tural Faziloğlu rəhbərlik edəcək. Yoqadan sonra çay seremoniyası keçiriləcək. Sessiyaya qatılanlar orqanik bitkilərdən hazırlanmış çay dəmləyib içəcəklər.

Paylaşımda qeyd edilib ki, iştirakçılar rahat geyimdə gəlməlidirlər. Art Garden Ganja Vaqif küçəsi, 160A ünvanında yerləşir.

Ən Çox Oxunan