Gəncədə məktəblilər üçün yollarda hərəkətlə bağlı aksiya təşkil olunub. Bu haqda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin İnstagram səhifəsində məlumat yerləşdirilib.
23, 24 və 26 noyabr 2021-ci il tarixlərində “Yol hərəkəti qaydalarını öyrənək!” adlı maarifləndırici aksiya keçirilib. Tədbirdə 1, 16, 20, 25, 32, 39 nömrəli tam orta məktəblərin 300 nəfərdən artıq şagirdi iştirak edib.
Tədbirin əsas məqsədi uşaq və yeniyetmələrin küçə və yollarda hərəkəti zamanı həyat və sağlamlıqlarının qorunmasıdır. Onların yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı biliklərinin səviyyəsini yüksəldməkdir.