19 C
Gence
19 C
Gence

Gəncədə yol betonla bağlanıb: təcili tibbi yardım maşınları oradan keçə bilmirlər

Gəncəndə yol beton parçası ilə bağlanılıb. Bu hal sakinlərin narazılığına səbəb olub.

Uzunluğu 5 metrə yaxın olan beton parçası gediş-gəlişi olan yolu tamamilə bağlayıb. Sakinlərin narazılığı bundan ibarətdir ki, bədbəxt hadisə zamanı aidiyyatı qurumların əməkdaşları hadisə yerinə gələn zaman vaxt itkisi baş verir.

Sakinlərin sözlərinə görə, ərazidə asfalt döşəməsi yaxşı vəziyyətdədir. Bu səbəbdən avtomobillər oradan sürətlə keçirdilər. Onlar aidiyyatı qurumlara müraciət etmişdilər ki, yola tramplin qoyulsun.

Qeyd olunan vəziyyət şəhərin Cavadxan (Avtozavod) qəsəbəsində, sakinlərin 9 mərtəbəli binanın qurtaracağı adlandırdıqları yerdə və uşaq bağçasının yanında müşahidə edilir.

Ən Çox Oxunan