Gəncənin Məmməd Xələfov küçəsində yerləşən 2 saylı yataqxana qəzalı vəziyyətdədir. Bu haqda Gencexeber.az-ın müxbiri 19 noyabr tarixində məlumat verib.
Yataqxana 4-cü mikrorayonda Abbas Səhhət xəstəxanasının yanında yerləşir. Təqdim etdiyimiz videomaterialda göründüyü kimi, binanın ikinci mərtəbəsində balkon uçmaq üzrədir.
Əldə etdiyimiz məlumata əsasən, sakinlər dəfələrlə binanın müxtəlif hissələrini təmir etmək üçün cəhd ediblər. Tikilinin istismar müddəti başa çatdığı üçün səylər boşa çıxıb.
Qeyd edək ki, tikili qəzalı vəziyyətdə oluğu üçün orada qaz təchizatı yoxdur.