26.4 C
Gence
26.4 C
Gence

Gəncədə yerləşən universitetin tələbələri seminarda iştirak ediblər

Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində seminar keçirilib. Bu haqda 13 dekabr tarixində təhsil ocağının saytına istinadən məlumat veririk.

Seminar “Yerli özünüidarəetmənin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda aparılıb. Tədbir İnzibati idarəetmə və kommersiya kafedrasının təşkilatçılığı ilə baş tutub.

Seminar zamanı Azərbaycanda bələdiyyə tarixinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu əks etdirən, eləcə də Gəncə şəhidlərinin xatirəsinə həsr edilmiş videoçarxlar izlənilib.

Azərbaycan Texnologiya Universitetinin rəsmi Facebook səhifəsindən foto
Azərbaycan Texnologiya Universitetinin rəsmi Facebook səhifəsindən foto

 

Ən Çox Oxunan