19.1 C
Gence
19.1 C
Gence

Gəncədə yerləşən qəbiristanlığın ərazisi təmizlənib

Gəncənin “Səbiskar” qəbirstanlığında iməcilik keçirilib. Bu haqda aksiyanın təşkilatçısı olan Gəncə İctimai İştirakçılıq Məclisinin Facebook səhifəsində məlumat yerləşdirilib.

İməcilik Nizami Bələdiyyəsinin, Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-in, Yaşıllaşdırma idarəsinin və “Səbiskar” qəbiristanlığının rəhbərliyinin dəstəyi və işçilərinin iştirakı ilə baş tutub.

Aksiyada əlli nəfərə yaxın sakin iştirak edib. Ümumilikdə qəbiristanlığının yeddi hektar ərazisi var. Onun müəyyən bir hissəsi tam təmizlənib.

Gəncə İctimai İştirakçılıq Məclisinin rəsmi Facebook səhifəsindən foto
Gəncə İctimai İştirakçılıq Məclisinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan