22.5 C
Gence
22.5 C
Gence

Gəncədə yerləşən məktəblərin birində peyvəndlənmə haqda görüş keçirilib

Gəncədə Covid-19 pandemiyası ilə əlaqədar maarifləndirici görüş keçirilib. Bu haqda məlumat Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Görüş 20 nömrəli məktəbdə baş tutub. Orada müəllimlərə, texniki heyətə və valideyinlərə koronavirus pandemiyasından qorunmaq və peyvəndlənmə prosesi ilə bağlı məlumat verilib.

Tədbir Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və Gəncə Şəhər Səhiyyə İdarəsinin direktor müavini, ilkin səhiyyənin təşkili üzrə rəhbəri, Respublikanın əməkdar həkimi Xalidə Sadıqovanın iştirakı ilə baş tutub.

 

Ən Çox Oxunan