26.4 C
Gence
26.4 C
Gence

Gəncədə yeni vakansiya mövcuddur

Gəncədə sığorta şirkətində vakansiya var. Xalq sığorta işçi axtarışındadır. Şirkətə sığorta hadisələrinin araşdırılması şöbəsinin mütəxəssisi tələb olunur.

Namizədlərdən yol hərəkəti qaydaları, avtomobil mexanizmi haqqında texniki bilik, kompüterdə işləmə bacarığı, Microsoft Office proqramları biliyi, ali təhsil, müvafiq sahədə 2 il iş təcrübəsi, B kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.

İş haqda məlumat:

  • Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
  • Baş vermis hadisənin ən qısa müddət ərzində araşdırılması və rəsmiləşdirilməsi;
  • Yol nəqliyyat hadisələrinə baxışın keçirilməsi və qəza hadisəsini yerindəcə araşdırılması;
  • Hadisənin foto və video çəkilişlərinin aparılmması;
  • Sığorta hadisəsi ilə bağlı şirkətin müvafiq proqramında məlumatların işlənilməsi.

Maraqlanan və tələblərə cavab verən şəxslər mövzu hissəsində “Sığorta hadisələrinin araşdırılması şöbəsinin mütəxəssisi” yazaraq CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Ən Çox Oxunan