Gəncədə ehsan bulağının açılış mərasimi baş tutacaq. Bu barədə məlumat Facebook sosial şəbəkəsində paylaşılıb.
Şəhid Rəşad Ələkbərovun adına tikilən bulağın açılışı 15 sentyabr saat 11:30-da keçəcək. Bulağın dəqiq yerləşdiyi ərazi Azərbaycan Texnologiya Universitetinin yanında yerləşən Bol marketinin qarşısı kimi qeyd olunub.
“Hər birinizi bu mərasimdə şəhidimizin anasını tək qoymamağa dəvət edirik” – deyə, paylaşımda yazılıb.