24.7 C
Gence
24.7 C
Gence

Gəncədə Yeni il münasibətilə bayram tədbiri keçirilib

Gəncədə Yeni il şənliyi keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat dərc edilib.

Tədbir Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində təşkil olunub. Bayram 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə baş tutub.

Məktəbin direktoru Aidə Əmrahova tədbiri açaraq iştirakçıları salamlayıb, xalqımızı Həmrəylik günü və Yeni il bayramları münasibətilə təbrik edib. Məktəbin şagirdləri Azərbaycan və xarici bəstəkarların musiqilərini səsləndiriblər.

Ən Çox Oxunan