20.6 C
Gence
20.6 C
Gence

Gəncədə yeni dram teatr binası mədəniyyət işçilərini sevindirib

Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışı mədəniyyət işçilərinin böyük sevincinə səbəb olub. Bunu Azertag.az-a açıqlamasında teatrşünas–tənqidçi Anar Burcəliyev deyib.

O, əlavə edib ki, Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə Bakıda yaradılıb. 1932-ci ilin dekabr ayında teatr bütün yaradıcı heyəti ilə birlikdə Gəncəyə köçürülüb. Bir çox görkəmli teatr xadimlərinin sənət yolu məhz buradan keçib.

Qeyd edək ki, teatrda 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastrukturlar yaradılıb.

Ən Çox Oxunan