13 C
Gence
13 C
Gence

Gəncədə yeni Cüdo Mərkəzi fəaliyyətə başlayıb

Gəncədə 29 sentyabr tarixində yeni Cüdo Mərkəzi açılıb. Bu haqda Gencexeber.az, Gənclər və İdman Nazirliyinin rəsmi saytında yayılan məlumata istinadən xəbər verir.

Açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Tərlan Poladov, Mətin Rəhimli və Musa İsmayılov çıxış ediblər. Mərkəzin önəmini vurğulayıb, gənc cüdoçuları təbrik ediblər. Onlara gələcək yarışlarda uğurlar arzulayıblar.

Qurumun rəsmiləri yeniyetmə cüdoçulara 100 ədəd yeni cüdoqi (kimono) hədiyyə veriblər. Gəncədə fəaliyyət göstərən məşqçilər və hakimlər üçün 2 günlük seminar təşkil olunub.

Qeyd edək ki, tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov iştirak etmişdir.

Ən Çox Oxunan