22.5 C
Gence
22.5 C
Gence

Gəncədə yeni açılan iş yerlərinin sayı açıqlanıb

Gəncədə 2021-ci ilin ilk doqquz ayı ərzində 1531 yeni iş yeri açılıb. Bu haqda 17 dekabr Marja.az-a istinadən məlumat veririk.

Gəncə Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, 2021-ci ilin yanvar-sentyabr aylarında 127 şirkət və 2033 fərdi sahibkarlıq subyekti açılıb.

1531 iş yeri aşağıda göstərilən müəssisə və təşkilatlarda açılıb:

  • 246 nəfər yeni yaradılmış müəssisə və təşkilatlarda;
  • 1246 nəfəri və ya 81,4 faizi mövcud müəssisə və təşkilatlarda;
  • 39 nəfəri və ya 2,5 faizi isə fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda.

Daha öncə, Gəncədə ət istehsalının artması haqda məlumat vermişdik.

Ən Çox Oxunan