19.7 C
Gence
18.5 C
Ganja

Gəncədə yarmarkada 1 manatdan başlayan qiymətə kitablar satılacaq

Gəncədə yarmarka keçiriləcək. Bu haqda 10 avqust tarixində Art Garden Ganja-ya istinadən məlumat veririk.

İCMA Yarmarkası 21 avqust tarixində saat 12:00-da təşkil olunacaq. Burada qonaqlara əl işləri, 1 manatdan başlayan qiymətə kitablar, samovar çayı təqdim olunacaq. Onları yerli sənətkarlar ilə tanışlıq, bağ gəzintisi, @i.bruhim ilə foto çəkiliş, feysart və xına ilə əlin bəzədilməsi gözləyir.

Tədbirin məqsədi regionda yarmarka ideyasının təbliğatı, yerli sənətkarların əl işlərinin təqdimatı, məhsulların satışını həyata keçirməkdir.

Qeyd edək ki, yarmarka Vaqif küçəsi, 160 ünvanında təşkil olunacaq.