Gəncədə 5 oktyabr tarixində yağan yağışlar sakinlər üçün çətinlik yaradıb.
Şəhərin bir çox hisslərində küçələrdə gölməçələr əmələ gəlib, küçə boyu yağış suları axır. Bu vəziyyət avtomobillərin və piyadaların hərəkətində maneələr yaradıb.
“Məktəbə gedən uşaqlar küçədən çıxanda geyindikləri paltar pis hala düşür” – deyərək sakinlər bildiriblər.
Qeyd edək ki, Gəncədə qeyri-sabit hava şəraiti davam edir.
