12.5 C
Gence
10.5 C
Ganja

Gəncədə yüzlərlə əsgəri əməliyyat edən həkim

Gəncədə bir neçə yüz əsgərin canını xilas edən həkim fəaliyyət göstərir. O, Gəncə Mərkəzi klinikasında neyrocərrah olaraq çalışır.

Tibb Xidməti Leytenantı Doktor Ramis Hüseynovu yaxınları “Vətən Mübaribəsinin ağ xalatlı qəhrəmanı” adlandırır. Neyrocərrah müharibənin ilk günlərindən könüllü olaraq ön cəbhəyə yola düşmüşdür. “Vətənimin və onun qəhrəman oğullarının mənə ehtiyacı var. Onlara xidmət etmək mənim borcumdur” – bunu həkimin yaxınları söyləyib.

Daha sonra, neyrocərrahiyə sahəsində həkimlərin sayı az olduğundan həkim Gəncə Şəhər Hərbi Hospitalına ezam olunub.

Doktor döyüşlərdə düşmən gülləsinə tuş gələn yüzlərlə kəllə-beyin travması almış əsgərlərin həyatını xilas etmiş və yaralılara tibbi yardımdan əlavə, həm də mənəvi dəstək vermişdir. Müharibə bitdikdən sonra da əsgərləri ilə mütəmadi görüşür, onların sağlamlıqlarını daim diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, Ramis Hüseynov Göyçə mahalı, Basarkeçər rayonunda anadan olub. O, Azərbaycan Tibb Universitetində təhsilini fərqlənmə diplomu ilə bitirib. Doktor Türkiyədə beyin-sinir cərrahiyyəsini öyrənib.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan