22.5 C
Gence
22.5 C
Gence

Gəncədə Xudadat bəy Rəfibəylinin yubileyi qeyd olunub

Gəncədə Xudadat bəy Rəfibəylinin yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu haqda 12 yanvar tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

“Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən Xudadat bəy Rəfibəyli – 145” adlı tədbir 15 saylı kitabxana filialında təşkil olunub. Şəhla İlyasova görkəmli dövlət xadimi haqda məlumat verib.

Tədbirdə Gəncə şəhər 16 nömrəli tam orta məktəbin tarix müəllimi Tükəzban Əsgərova, 9-cu sinif şagirdləri Qəzənfər Əhmədov, Kamran Həsənzadə, Rəfibəylilər nəslindən olan Mədinə Rəfizadə çıxış ediblər. Sonda mərasim üçün hazırlanmış videoçarx izlənilib.

Ən Çox Oxunan